UEFA Avropa Liqasının 3-cü turunda “Qarabağ”la qarşılaşacaq Niderland klubu “Ayaks”ın 5 futbolçusunun kənarda qalmasının səbəbi müəyyənləşib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Françesko Farioli zədə səbəbindən bəzi oyunçuların xidmətindən Bakıda yararlana bilməyəcək. Bunlar argentinalı müdafiəçi Qaston Avila, niderlandlı yarımmüdafiəçi Steven Berquis, norveçli orta sahə oyunçusu Sivert Mannsverk, həmçinin yerli hücumçular Yulian Riykoff və Amurriko van Aksel Dongendir.

Əvəzində Kian Fitz-Cim son anda 24 nəfərlik siyahıya salınıb. 21 yaşlı dayaq yarımmüdafiəçisi zədədən əziyyət çəksə də, Bakıya gələcək heyətdə yer alıb.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.

Shares: