FİFA-nın baş katibi Jerom Valke DÇ-2014-ün püşkatma mırasimi zamanı saxtakarlığın olduğu ilə bağlı dolaşan şayiələrə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, bunu əsassız iddia adlandırıb:
"Belə şeyləri yazan insanlar xəstədi. Bu vaxta qədər rastlaşdığım ən ağılsız iddiadı. Səhnədə 7 kamera var idi. Həmçinin nələrin baş verdiyini Fernanda Lima da görürdü. Bundan əlavə püşkatmanı xüsusi olaraq 3 nümayəndə də izləyirdi”.
Qeyd edək ki, Avropa mətbuatı püşkatma zamanı Valkenin kağızları dəyişdirdiyini iddia edirdi.





