Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Napoli" "Arsenal"a qalib gəlməsinə baxmayaraq, qrupu 3-cü pillədə tamamlayıb. Futbolinfo.az xəbər verir ki, qrupda 0 xalla sonuncu pillədə qərarlaşan Marsel Olimpik”indən başqa digər üç komanda “Borussiya” (Dortmund), “Arsenal” və “Napoli” 12 xal toplayıb.
Lakin qarşılıqlı mübarizə prinsipinə əsasən İtaliya klubu "Arsenal" və "Borussiya"dan sonra üçüncü pillədə qərarlaşıb. Bu da Neapol təmsilçisinin ÇL-də mübarizəni dayandırdığı anlamına gəlib. Matçdan sonra "Napoli"nin hücumçusu Qonsalo İquayn 1/8 finala yüksələ bilmədikləri üçün gözyaşlarına hakim ola bilməyib.






