Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən və hazırda davam edən "Xəzər Lənkəran" – "Rəvan" oyununda maraqlı an yaşanıb. Futbolinfo.az saytının Lənkərandakı müxbirinun verdiyi xəbərə görə, oyunda Adrian Pitin əvəzinə daxil olan Nildo yenə azarkeşlərin qəzəbinə tuş gəlib.
Braziliyalı forvard Lənkəranlı fanatlar tərəfindən fitə basılıb.
Xatırladaq ki, AZAL-dan böyük ümidlərlə transfer olunmasına baxmayaraq, Nildo cənub klubunda istənilən oyunu sərgiləyə və qol vura bilmir. Bu üzdən də lənkəranlı azarkeşlər onu artıq sevmirlər.





