Bu gün İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri arasında keçirilən sorğu nəticəsində 2013-cü ilin ən yaxşılarının mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə öncə İdman Araşdırmalar Mərkəzinin rəhbəri Elşən Məmmədov çıxış edib və iştirakçıları salamlayıb.
 
O, öncə qurumun yaranması haqqında məlumat verib. Daha sonra qaliblərin mükafatlandırılması mərasimi başlayıb:
 
İlin komandası – Şahmat üzrə Azərbaycan milli komandası
İlin legioner futbolçusu – “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo
İlin baş məşqçisi – “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
İlin jurnalistləri – “apasport.az” saytınının baş redaktoru İxtiyar Əsgərov, ATV telekanlaının aparıcısı Sənan Şəfizadə.
İlin yerli futbolçusu – “Bakı”nın və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev
İlin idmançısı – cüdo üzrə dünya çempionu Elxan Məmmədov
İlin idman xadimi – “Bakı”nın prezidenti Hafiz Məmmədov.
Shares: