İngiltərənin "Vest Bromviç" klubu portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş ilə danışıqlar aparır. Futbolinfo.az xəbər verir ki, rəhbərlik ötən günlərdə "Tottenhem"in baş məşqçi postundan qovulan çalışdırıcını Stiv Klarkdan boşalan posta gətirmək niyyətindədi.
Amma klub Villaş-Boaşa “Tottenhem”də aldığı maaşdan ikiqat az pul təklif etdiyindən hələ ki, tərəflər rəsmi addım atmaqda tələsmir. Villaş-Boaş klubun şərtlərini qəbul etməyəcəyi təqdirdə “Vest Bromviç” Martin Yol və Maurisio Pelleqrino ilə danışıqlara başlayacaq.





