"Sumqayıt"ın mərkəz müdafiəçisi Adil İbrahimov qışda komandasını dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, komandaya yayda qoşulmasına baxmayaraq, İbrahimov bir neçə yerli klubun, o cümlədən "İnter"in maraq dairəsinə düşüb.
 
Paytaxt klubu hazırda onun transferi üçün danışıqları davam etdirir.
 
Qeyd edək ki, "Sumqayıt"ın düşərgəsinə yayda qoşulan 17 yaşlı müdafiəçinin Sumqayıt klubu ilə 2015-ci ilin yayına qədər müqaviləsi var.
Shares: