Azərbaycan cüdoçusu Əhməd Yusifov Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevi məğlub edib.
Bu, Azərbaycanın cari Avropa çempionatında ilk medalı olub.
Azərbaycanın digər cüdoçusu Turan Bayramov da AÇ-də bürünc medal qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Bayramov üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.





