“Şamaxı” 7-ci pilləyə qalxmaq üçün əlinə düşən əla fürsəti boşa verdi. Bölgə klubu “Qarabağ”la heç-heçənin ardınca aşkar autsayderə uduzmaqla hamını təəccübləndirdi.
Ayxan Abbasovun yetirmələri xüsusilə iddialılara qarşı matçları əla keçirir. Son 11 matçın 8-də uduzmayan komanda bir anda “Sumqayıt”ı ötəcək duruma gəlmişdi. Amma Yevlaxda alınan gözlənilməz məğlubiyyət şamaxılıların zəiflərlə oyunlara köklənə bilmədiyini göstərdi. Bu daha çox komandanın “1 nömrə” kimi oynamalı olduğu matçlarda çətinlik çəkməsinin nəticəsidir.
“Karvan-Yevlax” ardıcıl 2 qələbə ilə xeyli ümidlənib. Təsadüfi deyil, “Qəbələ” ilə xal fərqi 5-ə enib. Son pillədən qurtulmaq möcüzə olar, amma indi şans 2 tur öncə ilə müqayisədə daha yaxşıdır. Növbəti turlarda ardıcıl olaraq “Sabah”, “Neftçi” və “Turan Tovuz”la qarşılaşacaq bölgə təmsilçisinin işi çətindir. Bununla belə, fəriqn azalması ən azı həyəcanı artırdı. Bu gün “Kəpəz”lə “Qəbələ” meydana təkcə bir-brlərni ötmək üçün yox, həm də son pillədən uzaqlaşmaq üçün çıxacaq.






