2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda məlum oldu. Bu, son pillədə qərarlaşan “Vulverhempton”dur.
Dünən “Vest Hem”in “Kristal Pelas”la heç-heçə etməsindən (0:0) sonra 20-ci pillədə yer alan “Vulverhempton”un elitada qala bilməyəcəyi dəqiqləşib. 17 xalla 20-ci pillədə olan “canavarlar” sona beş tur qalmış bütün oyunlarda qalib gəlsə belə, autsayderlər zonasından çıxa bilməyəcək.
Rob Edvardsın komandası yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq. “Vulverhempton” 8 il öncə Premyer Liqaya vəsiqə qazanmışdı.






