AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 28-ci turunun “Qarabağ” – “Sabah” oyunu ilə bağlı qərarlar açıqlanıb.

Görüş başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə ağdamlılar 5000 manat cərimə olunub.

Heyətində 6 nəfər sarı vərəqə aldığı üçün “Sabah” 700 manat xərcə düşüb.

47-ci dəqiqədə “Sabah”ın futbolçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub, klubunu 1000 manat ziyana salıb.

Qarşılaşma başa çatdıqdan sonra “Sabah”ın azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə bakılılar 5000 manat cərimələnib.

Shares: