Basketbol üzrə Avroliqa turnirində pley-in oyunları keçirilib.
Yunanıstanda “Panatinaikos” 87:79 hesabı ilə “Monako”ya qalib gəlib. Timoti Şorts 21 xalla görüşün qəhrəmanı olub. Bu qələbə sayəsində Afina təmsilçisi pley-offa vəsiqə əldə edib. Ergin Atamanın komandası həmin mərhələdə “Valensiya” ilə qarşılaşacaq.
Digər oyun Barselonada keçirilib. Meydan sahibləri “Srvena Zvezda”ya 80:72 hesabı ilə qalib gəliblər. Vill Klaybern 22 xal toplayıb. Bununla da Serbiya komandası turnirdə mübarizəni dayandırıb. “Barselona” isə son vəsiqə üçün “Monako” ilə yarışacaq.






