MBA-da pley-off seriyasının 3 oyunu baş tutub. Bostonda və San-Antonioda qonaqlar qələbə qazanaraq ümumi hesabı bərbaərləşdiriblər.

Filadelfiya təmsilçisi “Seltiks”i 111:97 hesabı ilə məğlub edib. Portlend Treyl Bleyzers” isə “Spörs”dən üstün olub – 106:103.

Ən gərgin cütlük kimi göstərilsə də, “Leykers” ikinci oyunda da “Hyuston Rokets”ə qalib gəlib – 101:94. 41 yaşlı Lebron Ceyms 28, Markus Smart isə 26 xal toplayıb. Qonaq komandada ən çox xalı Kevin Dürant qazanıb. Lakin o, 21 xal müqabilində 9 top itkisinə də yol verib. Alperen Şengün isə 20 xal, 11 ribaund və 5 asistlə oynayıb.

Shares: