İsrailin “Hapoel” klubu basketbol üzrə Avroliqanın pley-off seriyasının “Real”a qarşı oyunlarını Bolqarıstanın Botevqrad şəhərində, 4500 tamaşaçı tutumuna malik yerli arenada keçirəcəyini açıqlayıb.

“Hapoel” bu mövsüm ev oyunlarının əksəriyyətini keçirdiyi Sofiyadakı 12000 yerlik arenanı sifariş edə bilməyib və buna görə də yerdəyişmə etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Botevqrad Bolqarıstanın böyüklüyünə görə 48-ci şəhəridir.

Münqaişə səbəbindən klub idman aspektindən əlavə, maliyyə itkiləri də çəkir. Sofiyadakı iki oyundan təxminən 1,14 milyon avro gəlir əldə edilə bilərdi. Botevqradda isə gəlir maksimum 228 000 avro olacaq.

Shares: