“Olimpiakos”un bolqar hücumçusu Aleksandar Vezenkov basketbol üzrə Avroliqada 2025/26 mövsümünün ən dəyərli oyunçusu seçilib.

Mükafat Avroliqa komandalarının kapitanları və baş məşqçiləri (hər biri 35%), akkreditə olunmuş media (20%) və azarkeşlərin (10%) səsləri ilə müəyyən edilir. Vezenkov ikinci yeri tutan “Jalgiris”in müdafiəçisi Silven Fransisko və üçüncü yeri tutan “Hapoel”in hücumçusu Elijah Brayantı qabaqlayıb.

Vezenkov karyerasında ikinci dəfə MVP seçilir; o bu mükafatı 2022/23 mövsümündə də qazanıb.

Bu mövsüm Vezenkov 34 oyun keçirib, hər görüşdə orta hesabla 28 dəqiqə meydanşada olmaqla 19,4 xal, 6,6 ribaund və 1,2 məhsuldar ötürmə ilə seçilib.

Shares: