Əzəli rəqiblər “Qarabağ”la “Neftçi”nin duelində 14-cü böyük hesab qeydə alınıb.

Futbolinfo.az saytının məlumatına görə, son olaraq Misli Premyer Liqsının 29-c turunda “Qarabağ” bu rəqibini səfərdə 5:1 hesabı ilə üstələyib. 3 və daha çox qol fərqli qələbə sayında ağdamlılar əlçatmaz görünür. Çünki bu baxımdan “Qarabağ” böyük üstünlüyə malikdir – 13:1.

“Neftçi” əzəli rəqibi üzərində yeganə darmadağınını 2000-ci ildə səfərdə əldə edib. Ondan sonrakı böyükhesablı qələbələrin hamısı “Qarabağ”ın aktivinə yazılıb.

7 dəfə üç top, 4 dəfə dörd, 1 dəfə beş, 1 dəfə isə altı qol qeydə alınıb. “Neftçi”nin meydanında qeydə alınan 6 darmadağının hamısında üzülən tərəf məhz paytaxt təmsilçisi olub.

Böyük hesabın qeydə alındığı matçlarda “Neftçi” ümumilikdə 8 qol vura bilib. Əvəzində “Qarabağ” rəqibini 52 dəfə mərkəzə dəvət edib.

Əzəli rəqiblərin duellərində darmadağınlar:

04.11.2000. “Qarabağ” – “Neftçi” – 0:4

13.05.2011. “Qarabağ” – “Neftçi” – 3:0

28.02.2014. “Neftçi” – “Qarabağ” – 1:4

21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0

08.11.2020. “Neftçi” – “Qarabağ” – 0:6

30.10.2021. “Qarabağ” – “Neftçi” – 4:0

21.05.2022. “Qarabağ” – “Neftçi” – 4:1

02.12.2022. “Neftçi” – “Qarabağ” – 0:4

03.03.2024. “Neftçi” – “Qarabağ” – 1:4

04.05.2024. “Qarabağ” – “Neftçi” – 5:0

20.09.2024. “Qarabağ” – “Neftçi” – 4:0

01.12.2024. “Neftçi” – “Qarabağ” – 0:3

19.04.2025. “Qarabağ” – “Neftçi” – 3:0

26.04.2026. “Neftçi” – “Qarabağ” – 1:5

Shares: