“Şamaxı”nın futbolçusu Dioqo Balaunun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 29-cu turunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldiniz. Bu matç barədə düşüncələriniz necədir?
– Yaxşı hiss idi, çox yaxşı qələbə oldu. Komanda yaxşı oynadı. Uzun müddət idi ki, evdə qalib gələ bilmirdik. Ümumilikdə əla qələbə idi.
– “Şamaxı” demək olar ki, Premyer Liqada qalmağı təmin edib. Növbəti turlarda sizi nə motivasiya edəcək?
– Yaxşı peşəkarlar və futbolçular olaraq hər oyuna motivasiyalı olmalıyıq. Hər dəfə oyunumuz olanda motivasiyalı çıxmalıyıq. Həm də özümüzü sübut etmək və turnir cədvəlində daha yüksək pillələrdə ola biləcəyimizi göstərmək istəyirik.
– Mövsümü komanda üçün necə dəyərləndirirsən?
– Normal mövsüm idi. Daha yaxşı ola bilərdi. Elə oyunlarımız oldu ki, son dəqiqələrdə uduzduq və düşünəndə həmin oyunlar bizi turnir cədvəlində daha yuxarı pillələrə qaldıra və avrokuboklara vəsiqə uğrunda mübarizəyə daşıya bilərdi. Yəni pis deyil, amma daha yaxşı da ola bilərdi.
– Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Onlar Şamaxıda sizi udsalar, çempionluğu təmin edəcəklər. Çalışacaqsınız ki, buna mane olasınız?
– Əlbəttə, onlar çempionluğu təmin etməyə çalışacaqlar. Amma biz də buradayıq ki, onlara qarşı xallar qazanaq və mövsümün sonuna qədər işlərini bir az daha çətinləşdirək.
– Özün üçün mövsümü necə dəyərləndirirsən? Azərbaycandan və ya başqa ölkədən təklif almısan?
– Mövsüm hələ bitməyib, amma indiyə qədər düşünürəm ki, mənim üçün müsbət keçir. Əlbəttə, daha yaxşı ola bilərdi, ümumilikdə müsbətdir. Təkliflərə gəlincə, bilmirəm, hələ bu barədə agentimlə danışmamışam.
AĞA






