“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen komandada son mövsümünü keçirir. Danimarkalı futbolçunun müqaviləsi yayda başa çatır və yeni anlaşmanın şərtləri üzrə razılıq əldə olunmayıb.

30 yaşlı oyunçunun gələcəyi getdikcə daha çox sual doğurur və ayrılıq ehtimalı artır. Kataloniyalılar futbolçuya maaşın ciddi şəkildə azaldılmasını nəzərdə tutan yeni müqavilə təklif etsə də, bu variant müdafiəçini qane etməyib.

Kristensen dizindən aldığı zədə səbəbindən dekabr ayından bəri meydana çıxmır. O, 2022-ci ilin yayında İngiltərənin “Çelsi” klubundan azad agent kimi “Barselona”ya keçmişdi.

Shares: