Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” ilə səfər oyununda (1:2) zədə almış Xoni Monitel dərhal xəstəxanaya aparılıb.
Futbolinfo.az xəbər verir ki, elə ilk hissənin sonlarında zədə almış futbolçu 42-ci dəqiqədə əvəzlənib.
Onun ayaq barmağında sınıq olduğu ehtimal edilir. Lakin bu, yekun diaqnoz deyil. Əvəzləndikdən dərhal sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmış futbolçunun durumuna daha sonra aydınlıq gələcək.







