“Veteranlar sakit oturmurlar. Azərbaycanda futbolu məhz veteran futbolçular oynayıblar. Onların əməyindən və təcrübəsindən istifadə etmək vacibdir. Biz də bu məqsədlə yola çıxmışıq və mütəmadi olaraq məşq dərsləri təşkil edirik”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev deyib.

Abdullayev Yevlaxda keçirilən yoxlama görüşü ilə bağlı fikirlərini də bölüşüb:

“Veteran futbolçular arasında Yevlaxda yoxlama oyunu keçirdik. Görüş planlarımız çərçivəsində baş tutdu. AFFA-ya da təşəkkür edirik ki, bizi dəstəkləyir və maliyyə baxımından kömək göstərir. Biz də buna uyğun şəkildə fəaliyyət planımızı qururuq. Qarşılaşmada Bakıdan gələn veteranlar 2:1 hesabı ilə qalib gəldi. Qolları Emin Quliyev və Mahmud Qurbanov vurdu. “Karvan”ın heyətində isə Kənan Kərimov fərqləndi. Bu tip yoxlama görüşlərini ölkənin bütün regionlarında təşkil etməyi planlaşdırırıq. Qarşıda Bərdə və Lənkəranda da belə oyunlar keçiriləcək”.

Oqtay Abdullayev il ərzində görüləcək işlər və gələcək planlar barədə də danışıb:

“Əslində, illik planlarımızı əvvəlcədən qururuq. Əvvəllər regionlarda tez-tez turnirlər təşkil edirdik, lakin hazırda bunu davam etdirə bilmirik. Buna görə də rayonlarda veteran futbolçular öz təcrübələrini gənclərlə bölüşür, onlara tövsiyələr verirlər. Eyni zamanda, beynəlxalq əlaqələrimizi də genişləndirməyi düşünürük. Azərbaycanın Özbəkistandakı səfiri bizə böyük dəstək göstərib, dəfələrlə bizi ora dəvət edib. Hətta yerli futbol federasiyası ilə sıx əlaqələr qurmuşuq və görüşlər keçiririk. Bundan əlavə, Türkiyədə veteranlar arasında keçiriləcək turnirə də dəvət almışıq”.

GÜNAY SÜLEYMANOVA

3ea4958c 67bb 4ca4 a5a3 9f5c6c6f1e04 - Futbolinfo.az
6d232303 accc 46d4 ad78 d2f4a85d0b96 - Futbolinfo.az
95ca2af5 9fd3 47cf 87e2 72130c714d47 - Futbolinfo.az
ca7173e1 feea 45d8 adca 66e4d8466ce4 - Futbolinfo.az
fa8cfa3c af46 4dbc a4d6 8a6cb509ecdd - Futbolinfo.az
Shares: