“Bayern” və Entoni Qordon transferlə bağlı prinsipial razılığa gəliblər. Bir neçə gün əvvəl yayılan xəbərlərə görə, Münhen klubu “Nyukasl”la transfer barədə razılığa gələrsə, cinah oyunçusu beş illik müqavilə imzalamağa hazırdır.
Tanınmış jurnalist Ben Ceykobsun sözlərinə görə, hazırda klubların oyunçu üçün qiymətləndirmələrində konkret razılaşma yoxdur və danışıqlar davam edir.
“Nyukasl” Qordon üçün 75 milyon funt-sterlinqdən çox pul istəyir. “Bayern”in futbolçuya böyük marağını nəzərə alsaq, bu məbləğin ödəniləcəyi mümkündür.
Bu mövsüm Entoni Premyer Liqada 26 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında Bakıdakı matçda “Qarabağ”a 4 qol vurmuşdu.






