Bu gün Misli Premyer Liqasında 32-ci tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.
“Karvan-Yevlax” “Qəbələ”ni qəbul edəcək. Autsayderlərin oyununu Əli Əliyev idarə edəcək.
Günün digər oyunu “Araz-Naxçıvan”la “Kəpəz” arasında keçiriləcək. Bu görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
“Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “İmişli” oyunları mayın 16-da, “Zirə” – “Sumqayıt” və “Sabah” – “Neftçi” görüşləri mayın 17-də keçiriləcək.
Misli Premyer Liqası
32-ci tur
15 may
“Karvan-Yevlax” – “Qəbələ” 0:0 (1-ci hissə)
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
Yevlax şəhər stadionu, 17:00.
Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 16. Rauf Rüstəmli, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.
Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 14. Domi Massumu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 22. Fərid İsgəndərov, 26. Elnur Mustafayev, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.





