Cənubi Koreya çempionatında 15-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “Seul”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub. O, 85-ci dəqiqədə sarı vərəqə də alıb.

“Daejeon” 16 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Shares: