Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb.

Futbolinfo.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisinin siyahısında sürpriz bir ad da var. Belə ki, “Beşiktaş” rəhbərliyi illərdir “Qarabağ”a həm ölkə daxili, həm də ölkə xarici yarışlarda böyük uğurlar qazandıran Qurban Qurbanova göz dikib.

Məlumatda bildirilir ki, “ağ-qaralar” artıq 54 yaşlı mütəxəssislə bağlı ilk addımlarını atıb. Hazırda rəhbərlik Qurbanovu bu keçidə inandırmağa çalışır.

“Beşiktaş”ın siyahısındakı yerli mütəxəssislər isə Nuri Şahin, İlhan Palut və Arda Turandır.

Shares: