“Böyük dəbilqə” seriyalı turnirlərin 24 qat çempionu Novak Cokoviç sosial mediada dünya reytinqinin keçmiş 12 nömrəsi və Serbiyanın Devis Kuboku komandasının kapitanı Viktor Troitski ilə tərəfdaşlığa başladığını elan edib.

“Xoş gəlmisiniz, dostum, komanda yoldaşım və indi də məşqçim… Viktor Troitski”, – deyə Cokoviç sosial media hesabında yazıb.

40 yaşlı Troitski ATP turnirlərində 3 titul qazanıb. Bundan başqa o, Serbiya milli komandası ilə Devis Kubokunun qalibi (2010) olub. Həmçinin onun aktivində Dünya Komanda Kubokunda 2 çempionluq   (2009, 2012) da var.

Əlavə edək ki, Novak Cokoviç start götürəcək “Rolan Qarros” turnirində iştirak edəcək. Yarış 24 may – 7 iyun tarixlərində keçiriləcək. Turnirin son çempionu zədə səbəbindən bu il turnirdə iştirak etməyən ispaniyalı Karlos Alkarasdır.

Shares: