Rusiyalı fiqurlu konkisürən Aleksandr Plyuşenko beynəlxalq səviyyədə Azərbaycan milli komandasını təmsil edəcək.

Mənbənin məlumatına görə, Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKR) təşkilatın bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında kiçik Plyuşenkoya sərbəst buraxılış verib.

Aleksandr Plyuşenkonun 13 yaşı var. Növbəti mövsümdən etibarən o, Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək hüququna malik olacaq; ona lazım olan tək şey Beynəlxalq Konkisürmə İttifaqının (ISU) ona bu hüquq verən xüsusi sənədidir.

Qeyd etmək lazımdır ki, Yevgeni Plyuşenkonun oğlu Aleksandr nadir hallarda milli səviyyədə rəsmi yarışlarda Rusiyanı təmsil edib. O daha çox buzüstü şoularda çıxış edib.

Shares: