Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə çempion “Sabah” mövsümdəki son oyunda “Turan Tovuz”la qarşılaşıb. Masazırda keçirilən oyunu Rauf Cabbarov idarə edib. Üç qolluq görüş “Sabah”ın qələbəsi ilə yekunlaşıb.

Bu gün həm də “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. Oyunun baş hakimi Elvin Bayramov olacaq.

Daha öncə “Qəbələ” “Şamaxı”ya 3:1 hesabıyla qalib gəlib. “Kəpəz” – “Neftçi” və “Araz-Naxçıvan” – “Zirə” oyunları sabah, “İmişli” – “Karvan-Yevlax” görüşü mayın 24-də keçiriləcək.

Misli Premyer Liqası
33-cü tur

22 may

“Turan Tovuz” – “Sabah” 1:2
Qollar: Ayxan Hüseynov, 86 – Aaron Maluda, 15. Xəyal Əliyev, 64.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Bank Respublika Arena”. 17:00.

Turan Tovuz: 41. Sergey Samok, 4. Şəhriyar Əliyev (k), 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 14. Murad Dadaşev, 99. İbrahima Vadji, 32. Hayderson Hurtado, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 97. Elçin Qasımov, 73. Ülvi Mədətov, 20. İbrahim Ramazanov, 42. İsmayıl İsmayılov, 60. Vüqar Bağırov, 47. Pərvin Rəşidov, 75. Əli Kiçibəyov, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.
Sabah: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 3. Stiv Solvet, 13. İvan Lepinitsa, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 89. Cəfər Muxtarov, 80. Akim Zedadka, 11. Kahim Parris, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Shares: