Dünən Rusiya kubokunun final oyunu keçirilib. “Lujniki” stadionunda “Spartak” və “Krasnodar” komandaları qarşılaşıb.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Moskva klubu 11 metrlik zərbələr seriyasında daha dəqiq olaraq kuboku qazanıb.

Ən maraqlı hadisələr isə mükafatlandırma mərasimində baş tutub. Kubok təqdim edilən bir qədər sonra sınıb. Kapitan kuboku qaldırdıqdan sonra digər oyunçulara ötürüb. Argentinalı Santyaqo Solarinin əlində isə onun alt hissəi qopub və yerə düşüb. Nəticədə kubokdan əsər-əlamət qalmayıb.

fd4242d4 f191 4fcc baba 6e343ec58703 - Futbolinfo.az
94fa1e10 d337 4917 8ba4 c3b19f5f06c4 - Futbolinfo.az
1e97ba6e ab10 4888 ab47 e1709be3c46f - Futbolinfo.az
Shares: