Bu gün Panama millisinin DÇ-2026 üçün yekun heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Tomas Kristiansen mundiala yollanacaq heyətə “Turan Tovuz”un müdafiəçisi Roderik Milleri də dəvət edib.
Miller Premyer Liqamızda çıxış edərək dünya çempionatına dəvət alan ilk futbolçu kimi tarixə düşüb.
Panama millisi DÇ-də Xorvatiya, İngiltərə və Qana ilə birgə L qrupunda yarışacaq.






