Bolqarıstanın Varna şəhərində bəddi gimnastika üzrə Avropa çempionatı davam edir. Turnirdə mükafatlandırma mərasimlərindən birində maraqlı hadisə baş verib.

1-ci yeri tutan Yana Zaikinanın şərəfinə medalların təqdimatı zamanı Rusiyanın himni səslənib və bayrağı qaldırılıb. Bu zaman gümüş medal qazanan Sofiya Krainskaya qulaqlıq taxıb və gözlərini yumub.

Qeyd edək ki, rusiyalı gimnastlar uzun fasilədən sonra ilk dəfədir ki, neytral statusdan çıxarılaraq ölkələrinin bayrağı altında yarışırlar.

Shares: