“Barselona” heyətini gücləndirmək cəhdlərini davam etdirir. Son günlərdə klubun adı ətrafında bir neçə transfer hallanır.
Bu gün çıxan məlumata görə , Kataloniya klubu Yoşko qvardioku heyətinə qatmaqda maraqlıdır. “Mançester Siti” də futbolçunu satmağa razı ola bilər. Belə ki, müdafiəçinin müqaviləsi 2028-ci ildə bitir. O vaxta qədər ingilislər xorvat futbolçuya görə pul qazanmaq fikrindədirlər.
Bir neçə gün əvvəl verilən məlumata görə, futbolçunun agenti onu “Real”a da təklif edib.
Əlavə edək ki, “Barselona” Xulian Alvareslə də razılığa gəlib. Hazırda “Barselona” və “Atletiko” arasında qiymətlə bağlı danışıqlar gedir.






