Milli Basketbol Assosasiyasının Qərb Konfransında final seriyasının 6-cı oyunu keçirilib. “San Antonio Spörs” doğma arenada “Oklahoma Siti Tanders”i darmadağın edib – 118:91.

Görüşdə ən çox xalı Viktor Vembanyama qazanıb. Fransız basketbolçunun aktivində 28 xal və 10 ribaund var. Qonaq komandada Şey Gilgs Aleksander 15 xalla hamıdan məhsuldar olub. Çet Holmqren isə dabl-dabl edib.

Bu oyundan sonra seriyada hesab yenidən bərabərləşib – 3:3. Həlledici qarşılaşma son çempionun meydançasında keçiriləcək. Görüş mayın 31-də baş tutacaq.

Shares: