Fransada keçirilən “Rolan Qarros” turnirinin üçüncü turunda böyük sensasiya baş verib. Turnirin favoriti, dünya reytinqinin lideri Yannik Sinner argentinalı Çerundoloya məğlub olub. İtalyan tennisçi ilk 2 setdə qalib gəlib, 3-cü setdə də öndə olmasına baxmayaraq, isti hava şəraitinin təsiri nəticəsində məğlubiyyətə düçar olub – 6:3,6:2, 5:7, 1:6,1:6.

Maraqlıdır ki, bu il turnirdə sensasiyalar çoxdur. 3-cü tura qədər artıq 28 sıralanmış oyunçu mübartizəni dayandırıb. Həmin tennisçilər aşağıdakılardır.

Kişilər arasında birinci tur: Daniil Medvedev (6-cı ), Teylor Fritz (7-ci), Aleksandr Bublik (9-cu), Jiri Legeçka (12-ci), Kameron Norri (20-ci), Tomas Martin Etçeverri (23-cü), Tallon Qrikspor (29-cu), Korentin Mute (30-cu).

Qadınlar arasında birinci tur: Cessika Pequla (5-ci), Linda Noskova (12-ci), Yekaterina Aleksandrova (14-cü), Lyudmila Samsonova (20-ci), Klara Tauson (21-ci), Leyla Fernandez (24-cü), Kristina Bukşa (31-ci).

Kişilər arasında ikinci tur: Yannik Sinner (1), Ben Şelton (5), Lusiano Darderi (14), Valentin Vaşero (16), Alexandro Davidoviç-Fokina (21), Artur Rinderkneş (22), Ugo Humbert (32).

Qadınlar arasında ikinci tur: Yelena Rybakina (2), Jasmin Paolini (13), Elisa Mertens (23), Hali Baptist (26), Yelena Ostapenko (29), Vanq Ksinyu (32).

Shares: