MBA-nın rəhbəri Adam Silver liqanın mübahisəli qərarları nəzərdən keçirmək üçün tədricən avtomatlaşdırılmış sistemə keçəcəyini açıqlayıb.

“Obyektiv qərarlar kameralardan istifadə edən süni intellekt tərəfindən veriləcək və sonra səhvlərdən qaçmaq mümkün olacaq. “Houk-Eye” kimi bir sistemə keçəcəyik. Obyektiv qərarlar meydançanın bütün perimetri ətrafındakı kameralardan istifadə edən süni intellekt tərəfindən veriləcək.

Belə olduqda sadə vəziyyətlərə bu qədər vaxt sərf etmək məcburiyyətində qalmayacaqsınız. Bu, dərhal baş verəcək. Hər şey avtomatik olaraq həll ediləcək. Oyun davam edəcək. Artıq bu məsələlərdə etirazlarla qarşılaşmaq məcburiyyətində qalmayacaqsınız”, – deyə Silver qeyd edib.

Shares: