Mövsüm başa çatan kimi “Neftçi”dən ayrılan Vensan Abubakarın yeni komandası müəyyənləşmək üzrədir.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamerun millisinin futbolçusu yenidən bu ölkədə oynamağa yaxındır.
“Beşiktaş” və “Hatayspor”un sabiq hücumçusu “Bursaspor”la danışıqlara başlayıb. 34 yaşlı forvard bu mövsüm I Liqaya yüksələn Bursa klubuna keçməyin əleyhinə deyil. Abubakarın hazırda azad agent olması Türkiyə klubunun işini daha da asanlaşdırır.
Bu keçid baş tutsa, sabiq “Neftçi”li bir neçə gün əvvəl “Qarabağ”dan “Bursaspor”a transfer olunan millimizin futbolçusu Toral Bayramovla komanda yoldaşı olacaq.
Qeyd edək ki, ötən ilin oktyabrından “Neftçi”nin formasını geyinən Vensan Abubakar 9 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.






