Futbol üzrə Azərbaycan 2-ci Liqasına vəsiqə qazanmaq uğrunda pley-off oyunu bu gün keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, “Biləsuvar” və “Ağstafa Gəncləri” komandaları üz-üzə gələcəklər.

Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.

Xatırladaq ki, ötən mövsüm “Ağstafa Gəncləri” 2-ci Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasında üçüncü yeri tutub.

Shares: