İbrahima Konatenin vətəninə qayıtması ehtimalı böyükdür.

Xatırladaq ki, tərəflərin müqavilənin uzadılması barədə razılığa gələ bilməməsindən sonra parisli futbolçunun “Liverpul”dan ayrılacağı dəqiqləşib.

“The Daily Mail” qəzetinin verdiyi məlumata görə, “Real” Madridə mümkün transfer şayiələrinə baxmayaraq, hazırda PSJ-nin şansı ispanlardan daha yüksəkdir.

Konate 2014-cü ilə qədər Paris Sen-Jermeyn klubunun gənclər komandasında oynayıb, daha sonra “Soşo”ya keçib. O bu günə qədər Liqa 1-də oynamayıb.

Shares: