Azərbaycan millisinin sabiq üzvü, hazırda Birinci liqada mübarizə aparan “Mingəçevir”də mübarizə aparan Amil Yunanov karyerasını baş vuracaq.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, 33 yaşlı hücumçu bölgə klubundan ayrılacaq və başqa təkliflər olmasına baxmayaraq, futbolu buraxacaq.

Qeyd edək ki, Yunanov karyerası ərzində “Neftçala”, “Qəbələ”, “Rəvan”, “Keşlə”, “Sumqayıt”, “Şamaxı”, “Kəpəz”, “Səbail”, “Bilis” (Albaniya), “Şəfa” və “Mingeçevir” klublarında oynayıb.

Shares: