Aleksandr Zverev Fransa Açıq çempionatının – “Rolan Qarros”un qalibi olub. Dünya reytinqinin üçüncü pilləsində yer alan almaniyalı tennisçi finalda italiyalı Flavio Kobollini məğlub edib.

Gərgin keçən qarşılaşma Zverevin 6:1, 4:6, 6:4, 6:7 (5:7), 6:1 hesablı qələbəsi ilə başa çatıb. Almaniyalı tennisçi bununla karyerasında ilk dəfə “Böyük dəbilqə” turnirinin qalibi adını qazanıb.

Görüş 4 saat 16 dəqiqə davam edib. Finalda Zverev altı dəfə eys edib, doqquz qoşa səhvə yol verib və 19 breyk-poyntdan səkkizini reallaşdırıb. Kobollinin hesabında isə altı eys, iki qoşa səhv və səkkiz breyk-poyntdan üçü var.

Bu titul Zverev üçün xüsusi əhəmiyyət daşıyır. O, daha əvvəl üç dəfə “Böyük dəbilqə” finalında məğlub olub: 2020-ci ildə ABŞ Açıq çempionatında, 2024-cü ildə “Rolan Qarros”da və 2025-ci ildə Avstraliya Açıq çempionatında.

Zverev həm də son 30 ildə kişilərin tək yarışında “Böyük dəbilqə” qazanan ilk alman tennisçi olub. Ondan əvvəl bu uğura Boris Bekker (Boris Becker) 1996-cı ildə Avstraliya Açıq çempionatında imza atıb.

Qeyd edək ki, Flavio Kobolli karyerasında ilk dəfə “Böyük dəbilqə” finalına yüksəlib.

Shares: