“Şəfa” daha bir transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.

O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail” və “Sumqayıt”ın formasını geyinib.

Shares: