FIA və Formula 1 “Pirelli” ilə müqavilələrini 2028-ci ilin sonuna qədər uzadıblar. İtaliya şirkəti Formula 1, Formula 2, Formula 3 və F1 Akademiyası üçün yeganə təkər təchizatçısı olaraq qalacaq.
“Pirelli” 1950-ci ildə ilk mövsümdən bəri çempionatda iştirak edir və 2011-ci ildən bəri eksklüziv təkər təchizatçısıdır. Bu müddət ərzində şirkət 500 Qran-Pri həddini aşıb.
“Biz illərdir “Pirelli” ilə inanılmaz bir tarix və tərəfdaşlıqdan zövq alırıq, onların texniki mükəmməlliyinə və performansa, innovasiyaya və dayanıqlığa diqqət yetirməsinə güvənirik. Mən bu münasibətləri daha bir il davam etdirəcəyimizdən məmnunam”, – deyə Formula 1-in baş direktoru Stefano Domenikali bildirib.
Müqavilənin uzadılması tərəflərin qarşılıqlı razılığı ilə mövcud sözləşmədə bir bəndin aktivləşdirilməsi ilə həyata keçirilib. Yeni anlaşma 2028-ci il mövsümünün sonuna qədər davam edir.






