“Dünya çempionatında emosiyaları kənara qoymaq lazımdır”. Bu sözlər Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaroya məxsusdur.
63 yaşlı mütəxəssis ABŞ yığmasına 1:4 hesabı ilə uduzduqları DÇ-2026-nın qrup mərhələsinin I turunun oyunundan sonra fikirlərini bölüşüb: “Rəqib layiqli qələbə qazandı. Onlar bizi texniki, taktiki və fiziki cəhətdən üstələdilər. Bu yarışda irəliləmək istəyiriksə, daha yaxşı oynamalıyıq”.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.






