Bir bloger avtomobilini tamamilə Panini stikerləri ilə örtdü.

Futbol blogeri kimi tanınan Con Nellis qeyri-adi bir addım ataraq avtomobilini Panininin Dünya Çempionatı albomundan olan kolleksiya stikerləri ilə bəzəyib. Maşın tamamilə stikerlərlə örtülüb.

Videoda o, yüzlərlə futbolçunun şəkilləri olan stikerlərdən istifadə edərək avtomobilinin örtülmə prosesini göstərib.

Blogerin sözlərinə görə, bu işi görmək üçün ümumi dəyəri 1193 dollar olan 4000-dən çox stiker lazım gəlib. Maşının bəzədilməsinə 4 saatdan çox vaxt gedib.

Shares: