“Red Bull” pilotu Maks Ferstappen Avstriya, Belçika və Macarıstan Qran-Prilərində xüsusi dəbilqə ilə yarışacaq.
Şpilberqdəki mərhələ komandanın ev yarışı olacaq. Pilotun özü isə Belçikada anadan olub.
Formula 1 üzrə dördqat dünya çempionu yeni dizayndan istifadə edəcək. Onun yeni dəbilqəsinin adı “Narıncı Aslan”dır.
Xatırladaq ki, niderlandlı pilot cari çempionatda 6-cı pillədə qərarlaşıb.







