Yüngül çəkidə keçmiş UFC çempionu İlya Topuriya və orta yarımağır çəkidə sabiq çempion, braziliyalı Aleks Pereyra Ağ Evdə baş tutan “Freedom 250” turnirindən sonra 180 günlük tibbi kənarlaşdırma (döyüş qadağası) alıblar. Onların oktaqona geri qayıtması üçün üz-çənə cərrahlarının icazəsi tələb olunacaq. Bu barədə “MMA Junkie” nəşri məlumat yayıb.
Dördüncü raunddan sonra Castin Qeyciyə texniki nokautla məğlub olan Topuriya 180 gün müddətinə döyüşlərdən kənarlaşdırılıb. Eyni müddətli qadağanı sağ biləyini və sol dizini müayinə etdirməli olan Qeyci özü də alıb.
Siril Qana nokautla məğlubiyyətdən sonra Pereyraya da altıaylıq kənarlaşdırma verilib. Braziliyalı idmançı üz nahiyəsinin kompüter tomoqrafiyasından keçməlidir. Bununla belə, Qan ciddi fəsadlardan yayına bilib və ona yalnız mütləq olan 8 günlük istirahət verilib.
Komissiyanın digər diqqətçəkən qərarları arasında Aymann Zahabinin 180 günlük kənarlaşdırılması, eləcə də əlavə tibbi müayinədən keçməli olan Stiv Qarsiya və Dieqo Lopes üçün mümkün uzunmüddətli fasilələr var. Turnirin digər iştirakçıları isə 4 gündən 60 günədək standart bərpa müddətləri alıblar.






