Futbol üzrə dünya çempionatında daha 3 oyun baş tutub.

Gecənin ilk görüşündə Şotlandiya Mərakeşlə üz-üzə gəlib. Boston stadionunda keçirilən C qrupunun II turunun matçında afrikalılar qələbə qazanıb. Matçdakı yeganə qolu 2-ci dəqiqədə İsmael Saybari vurub.

İlk turda xal itirən Braziliya bu dəfə Haiti yığmasına qalib gəlib. Filadelfiya stadionunda keçirilən qarşılaşmada “sambaçılar” 3:0 hesablı qələbəyə seviniblər. Braziliyanın qollarını Mateus Kunya (23, 36) və Vinisius Junior (45+3) vurublar.

İlk matçda Avstraliyaya uduzan Türkiyə millisi üçün mundial erkən bitib. Bu dəfə Paraqvayla qarşılaşmada erkən qol buraxan qardaş ölkə təmsilçisinin hətta 3-cü olmaq şansı da qalmayıb. 2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb, qalan dəqiqələrdə hesab dəyişməyib.

Shares: