“Mərakeş millisi DÇ-2026-da qrupdan çıxmağı hədəfləyir”. Bunu yığmanın baş məşqçisi Məhəmməd Vəhbi mundialın qrup mərhələsində Şotlandiyaya qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis Şotlandiya üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: “Futbolçularımdan çox razıyam, nəticə ürəyimizcədir. Görüşdə erkən qol vurduq və sona qədər ciddi çıxış etdik, üstünlüyü rəqibə vermədik. Bu qələbə çox önəmli idi. İnanırıq ki, qrup mərhələsindən çıxacağıq”.

Shares: