«Real» işini bitirən idman direktoru Serxio Rodrigesin yerinə tez bir zamanda əvəzləyici tapıb. Onun yerini Rudi Fernandes tutub.

Fernandes basketbol istiqamətinə rəhbərlik edən Xuan Karlos Sançesin tabeliyində çalışacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Rodriges gedəcəyini rəsmən təsdiqləmişdi: «Uzun sürən düşüncələrdən sonra basketbol departamentindəki fəaliyyətimi başa vurmaq qərarımı prezidentə çatdırdım. Bu fürsət və mənə göstərilən etimad üçün təşəkkür edirəm».

Shares: