Braziliya millisinin hücumçusu Neymar komandasının DÇ-2026-da Haitiyə qarşı keçirdiyi matça (3:0) oteldə baxıb.

34 yaşlı futbolçu sosial şəbəkədə foto paylaşaraq Braziliya bayrağı zmodzisi ilə birlikdə «İrəli» sözünü yazıb.

Hücumçu baldır əzələsinin zədəsindən sonra bərpa prosesini davam etdirir. O, komanda ilə birlikdə Filadelfiyaya getməyib, braziliyalıların məskunlaşdığı Nyu-Cersidəki «The Ridge» otelində qalıb.

Cümə günü səhər saatlarında o, komandanın fiziki hazırlıq üzrə məşqçiləri ilə birlikdə idman zalında və topla məşq edib.

Shares: