“Rəqiblərin nə edəcəyini dəqiq bilmirdik, əvəzində nə etmək istədiyimizə yaxşı hazırlaşdıq və aqressiv oynadıq”. Bunu Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu Tunis yığmasına qarşı DÇ-2026-nın oyunundan sonra mətbuat konfransında deyib.

“Hazırlıqlarımız zamanı məşqçilər heyəti nə etməli olduğumuzu aydın şəkildə bildirdilər və bunun sayəsində oyunçular tam potensialları ilə çıxış edə bildilər. Bir çox yapon azarkeşi Monterrey şəhərinə gəldi, bizimlə birlikdə dövlət himnini oxudu və alqışladı. Onların dəstəyi bizim üçün böyük bir şərəfdir”, – deyə o əlavə edib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatında Yaponiya Tunis ilə qarşılaşıb. Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar 4:0 hesablı qələbəyə seviniblər.

Shares: